• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 27.03.2023 16:10

Elm günündə alimlər uğurlardan və problemlərdə danışıblar

KepezTV Player

Gəncədə Elm gününə həsr olunan elmi-praktiki konfrans baş tutub. Elm günündə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində bir araya gələn alim və mütəxəssislər ölkədə elm sahəsində əldə olunan nailiyyətlərdən danışıblar. Uğurlardan danışılaraq Azərbaycan elmində olan çatışmazlıqları aradan qaldırmaq və problemlərin həlli məsələlərini geniş müzakirə etmək imkanı verən konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elmdə də inkişafın yeni mərhələsinə qədəm qoyulduğu vurğulanıb. Konfransın sonunda elmi-təşkilati fəaliyyətlərində fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltifləndirilib. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən Respublikada elm gününün qeyd olunur.