• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 27.03.2023 12:08

Allergiyanın səbəbləri

KepezTV Player

İnsan ömrünü sağlam yaşamaq, rahatlıqla nəfəs alıb-vermək, arzuladığı qidaları qəbul etmək istəyir. Ancaq təəssüf ki, bu, heç də həmişə mümkün olmur. Bəzi narahatlıq və xəstəliklər normal yaşayışımıza kölgə salır, həyatı bizim üçün çətinləşdirir. Belə sağlamlıq düşməni narahatlıqlardan biri də allergiyadır. Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə saatdan, bir neçə günə qədər davam edərək müşahidə oluna bilər.

Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir.

Qida allergiyası immun sisteminin müəyyən qida məhsullarına qarşı göstərdiyi bir reaksiyadır. Allergiyanın bu növü orqanizmin hər hansısa bir məhsulunu onun üçün təhlükəli olaraq qəbul etməsi zamanı yaranır və özünümüdafiə üçün immun sistemini antikor istehsal etməyə məcbur edir. Yeyilən qidaların ətraflı qeydlərini götürmək, allergiya yaratdığı düşünülən qidanın dayandırlıb-dayandırılmamasını nəzərə alaraq allergik vəziyyətin yoxlanması narahatlığın gedişinə nəzarət edilməsi və düzgün müalicə aparılması baxımından vacib hesab olunur.

Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz ondan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Amma bəzi hallarda isə allergiya həyat üçün çox təhlükəli hal yarada bilər. Bu haldan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana  bilər. Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır. Odur ki, allergiya hallarında tibbi müdaxilə edilməsi və onun həkim nəzarəti altında saxlanması şərtdir.

Özümüzün qeydinə qalmaq üçün daha tədbirli olmalıyıqsa, olaq. Yediklərimizə və burnumuzə çəkdiyimiz havaya diqqət etməliyiksə, onu da edək. Çünki bizdən və sağlamlığımızdan daha dəyərli, həqiqətən də, heç nə yoxdur. Gözəl diləklərlə, xoş sabahlar!

Aysel Abbasova