• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 27.03.2023 11:08

Süni zəkanın riskləri açıqlanıb

Süni zəka əsaslı ChatGPT çat-botunun və mətn formatında təsvirlər əsasında müxtəlif fotoların yaradılması üçün nəzərdə tutulmuş DALL-E adlı sistemin yaradıcısı olan OpenAI şirkəti maraqlı bir bəyanatı təqdim edib. Şirkət tərəfindən təqdim edilmiş bəyanatın əsas məğzi süni zəka ilə qarşılqılı əlaqə məsələsində ehtiyatlı və uzaqgörən olmağa çağırışdan ibarətdir. Şirkətin fikrincə, müasir süni zəka bütün insanlar üçün ciddi risklərə sahibdir. Şirkətin bəyanatında ümumi süni zəkanın (Artificial General Intelligence  / AGI) potensial üstünlükləri əks olunub. Onların arasında qlobal problemlərin həlli və yoxsulluq ilə mübarizə kimi potensial üstünlüklər var. Lakin AGI həmçinin potensial risklərə də sahibdir.

Buna misal olaraq, insani dəyərlərə və məqsədlərə uymamağı, bəzi insanların onu pis niyyətlərdə istifadələrini və digər riskləri gətirmək olar. Şirkətin fikrincə tədqiqatçılar, siyasətçilər, bu sahənin lider təmsilçiləri və vətəndaş cəmiyyəti qrupları da daxil olmaqla maraqlı olan müxtəlif tərəflər arasında diqqətli planlaşdırma ilə koordinasiyanın təşkili lazımdır. Bundan əlavə olaraq AGI-ya insani dəyərləri və bioloji etikanı əlavə etmək lazımdır. Üstəlik, OpenAI süni zəka sistemlərinin hazırlanması məsələsində şəffaflığın və cavabdehliyin təmin edilməsinin tərəfdarıdır. Şirkət həmçinin 3 vacib məsələ üzrə konsiliumun baş tutmasına ümid edir. Həmin 3 vacib məsələ bunlardır: ümumi süni zəkanın necə idarə olunması, onun generasiya etdiyi məhsulların sərfəli şəkildə necə paylanması və adi insanların ona girişlərini təmin edən imkanın ədalətli şəkildə necə paylanması?