• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 26.03.2023 20:18

"Gəncə" Azərbaycan Kubokunun qalibi olub

KepezTV Player

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub. Finalda "Gəncə" və NTD klubları üz-üzə gəliblər. Sərhədçi İdman Mərkəzində keçirilən görüşün əsas vaxtı 85:85 hesabı ilə başa çatıb. Bu səbəbdən qarşılaşmada əlavə vaxt oynanılıb. Yekunda 100:89 hesabı ilə qələbə qazanan gəncəlilər kuboka sahib çıxıblar.

Həlledici görüşün ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib. O, həm də 38 xal və 13 ribaundla komandasının ən məhsuldar oyunçusu olub.