• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 25.03.2023 19:31

Bayram günlərində təcili tibbi yardım üçün müraciətlər artıb

KepezTV Player

Gəncədə Novruz bayramı günlərində Təcili Tibbi Yardım xidmətinə müraciət edənlərin sayı artıb. Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub. Həkimlərin dediyinə görə, bayram süfrəsindəki kalorili yeməklərdən istifadə ilə insan orqanizmində yaranan fəsadlar və tonqalla ehtiyatsız davranma nəticəsində yaranan xəsarətlərlə əlaqədar müraciətlər az olmayıb. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operatorları gücləndirilmiş iş rejimində vətəndaşların çağırışlarına vaxtında cavab verərək, briqadaları düzgün yönləndirməyə çalışırlar.

Murad Paşayev- Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi: “Bayram ərəfəsində, bayram günlərində adi günlərə nisbətən təcili yardıma çağırışların sayı 10-15 faiz artmışdır. Əgər adi günlərdə sutka ərzində hardasa 300-ə yaxın çağırışlar olurdusa, bayram günlərində 310-360 –a qədər artmışdır. Adətən, çağırışların çoxu mədə-bağırsağın funksional pozğunluğu, təzyiq, bir də allergik reaksiyalarla bağlı olmuşdur. Adətən çağırışların əksəriyyəti qidada dəyişikliklərlə bağlı olur- yəni mədə-bağırsağın funksional pozulmasıyla bağlı olur. Ona görə də, düzdür, bayram vaxtı hamıya demək olmur özünüzü qoruyun, çox yeməyin, amma bacardıqları qədər pəhrizə əməl etsələr, pəhriz saxlasalar yaxşı olar”.

Fərid Mehdiyev