• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 25.03.2023 19:15

Dövlət sərhədini pozmağa cəhd göstərən Gürcüstan vətəndaşı saxlanılıb

KepezTV Player

Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.