• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 23.03.2023 19:33

Həkimlər bayram günlərində qidalama ilə bağlı xəbərdarlıq edirlər

KepezTV Player

Novruzu bizə sevdirən cəhətlərdən biri də bu bayramda süfrələrin bir- birindən ləziz yeməklər, şirniyyatlarla dolu olmasıdır. Bu məqamda "Gördün yemək, daha nə demək?!" prinsipini əsas tutub, hər təamdan rahatlıqla nuş edirik. Bəzən heç çəkinmədən, yağlı bayram plovunun üstündən hətta, şəkərbura, paxlava da yeyirik. Ən qəribəsi isə odur ki, bu qədər bol kalorili, yağlı, şirin təamların qəbulunun sonradan orqanizmimizə necə təsir göstərməsi barədə düşünmürük... Amma həkimlər xəbardarlıq edirlər!

Ənənəvi olaraq bişirilən şirniyyatlar, növbənöv hazırlanan yeməklərlə də xarakterizə olunan bayram günlərində qısa müddət ərzində bu qədər bol kalorili qida qəbulu, rasionumuza olunan ciddi dəyişklik mənfi nəticələrə gətirib çıxara bilər. Odur ki, Səhiyyə Nazirliyi bayramda düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib. Həkimlər xüsusilə, qida qəbulu zamanı insanlara bir qədər diqqətli olmağı tövsiyyə edirlər.

Həkimlər deyir ki, bayramda həmçinin zəhərlənmə hallarına qarşı da diqqətli olmaq lazımdır. Tez xarab olan məhsulların, salatların 4-6 saat ərzində qəbulu tövsiyyə olunur. Şəkərlə zəngin olan qidalara gəldikdə isə, saxlanma müddəti uzun olsa da, düzgün şəraitdə saxlanması tövsiyyəolunandır.

Sağlamlıq amili hamı üçün önəmlidir. Elə bu səbəbdən də, bayramda qida qəbuluna xüsusi diqqət etməliyik. Ən azından, sonradan yarana biləcək fəsadlardan əziyyət çəkməmək üçün...

Aişə Rzayeva