• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 18.03.2023 20:25

Novruz bayramı böyük təntənə ilə qeyd edilib

KepezTV Player

Daşkəsəndə Novruz bayramı şənliyi Şəhidlər Xiyabanını ziyarətlə, şəhidlərin məzarlarına tər güllər düzülməklə başlayıb. Heydər Əliyev meydanında təşkil olunan ümumrayon şənliyində Novruzun xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğu vurğulanıb. Əcdadlarımızın bizə töhfəsi, onlardan qalan miras olan Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi təməllər yaradıb. Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi əhval qatıblar. El aşıqlarının, musiqiçilərin ifaları, idmançıların müxtəlif nömrələri və əyləncəli proqramlar təqdim edildikdən sonra bayram tonqalı alovlandırılıb, nümayiş etdirilən el sənəti və milli mətbəximizin nümunələrinə baxış keçirilib.

Novruz adətləri bayram tədbirində sərgilənib

Samux rayonunda da Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumrayon şənliyi keçirilib. Heydər parkında rayon ictimaiyyəti ilə yanaşı, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr də sevə-sevə qeyd edilən Novruz bayramının iştirakçıları olub. Tədbirdə təbriklər səsləndirilib, bahar bayramının ruzi-bərəkət gətirməsi arzulanıb. Novruz tonqalını alovlandırıldıqdan sonra milli geyimli uşaqlar tonqalın ətrafında halay vurublar. Səmya sülh rəmzi olan göyərçinlər buraxılıb. Təşkil edilmiş süfrələrlə tanışlıq olub, idmançılarının nümunəvi çıxışları izlənilib. Novruz bayramının əsas personajları olan Kosa, Keçəl və Bahar Qızı şənlik iştirakçılarının bayram ab-havasını daha da artırıb. Tədbir Sərkar Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanan rəngarəng konsert proqramı ilə davam edib.


Baharın gəlişi bayram edilib
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Şəmkirdə də ümumrayon şənliyi keçirilib. Bayramsayağı bəzədilən meydanda Novruz atributları, səmənilər, xonçalar, milli adət-ənənələr və xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi təşkil edilimişdir. Tədbirdə şəhid ailələri, qazilər və Şəmkir sakinləri Novruz bayramı münasibətilə təbrik edilib, milli-mənəvi irsi, tarixi kökü, yaddaşlardan süzülüb gələn ənənələri özündə yaşadan Novruzun artıq daha coşqulu ilə qeyd edildiyi vurğulanıb. Novruzun YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığına diqqət çəkilib. Bayram şənliyində bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert verilib, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaradıb. Sonra bayram tonqalı qalanıb. Öz gəlişiylə hər evə, hər ocağa bol ruzi-bərəkət gətirən Novruz tədbiri iştirakçılara sevinc bəxş edib.