• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 17.03.2023 15:44

Pambığın becərilməsində toxumçuluğun əhəmiyyətindən danışılıb

KepezTV Player

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Yerli və İntroduksiya olunmuş pambıq sortlarının intensiv becərilmə texnologiyaları, tezyetişən pambıq sortlarının seleksiyası və toxumçuluğu” mövzusunda elmi-praktik konfrans keçirilib. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövründə ölkə büdcəsinin 22–25 faizini pambıqçılığın təmin etdiyi, 1 milyon 300 min tondan çox məhsul yığıldığı vurğulanıb. Bu gün Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar Ulu öndərin əsasını qoyduğu ənənələri davam etdirdiyinə diqqət çəkilib. Məruzələrdə pambıqçılıqda qlobal meyllər və onların yerli istehsala təsiri, pambıqçılıqda mövcud problemlərin həlli yolları, introduksiya olunmuş pambıq sortlarının müqayisəli öyrənilməsi və təhlili, gübrələrin verilməsinin pambığın məhsuldarlığına təsiri, pambıq bitkisinin aqrotexnikası, xəstəlik və zərərvericiləri məsələləri əhatə edilib.