• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 16.03.2023 18:39

Göygöldə Ulu Öndərin dövlətçilik irsi gənclərə aşılanır

KepezTV Player

Göygöldə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib. Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərin ölkəmizi tərəqqidən zəfərə çatdırdığına diqqət çəkilib. Dahi şəxsiyyətin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyalarının daim xalqımızın firavan həyatının təmin olunması, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr verdiyi vurğulanıb. Heydər Əliyevin anadan olmasının 100 illiyinin YAP Göygöl rayon təşkilatının təsis edilməsinin 30 illik Yubileyi ilə eyni dövrə təsdaüf etməsi məmnunluqla qeyd edilib. Bu gün xalqımızın Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyi diqqətə çatdırılıb. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulan gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.