• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 16.03.2023 12:17

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

KepezTV Player

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.  Yanğın binanın 6-cı mərtəbəsində baş verib. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Əraziyə həmçinin, polis naryadı və TTY briqadası cəlb edilib, bina sakinləri təxliyə olunub. Yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. FHN-dən bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi, o cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.