KepezTV Player
Azərbaycan Qızıl Aypara cəmiyyətinin üzvləri Gəncədə erməni terroru nəticəsində zərər görən “Qələbə parkı”nı ziyarət ediblər. Cəmiyyətin rəhbərliyi və könüllüləri ilə birgə 25 nəfərlik heyətlə ərazidə olan qonaqlar müharibəsi zamanı ballistik raketlə hədəf alınan məkana tər qərənfillər düzüblər. Ziyarətçilərə törədilən terrorla bağlı ətraflı məlumat verilib. Gəncəyə müxtəlif günlərdə edilən raket hücumları nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfərin həlak olduğu, 175 nəfərin yaralandığı, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyi diqqətə çatdırılıb.
- Baxış: 235