KepezTV Player
Astarada qətl törətməkdə şübhəli bilinən şəxs Gəncədə saxlanılıb. O, şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Mart ayının 13-də Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü G.Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yusif Verdiyev Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
- Baxış: 430