• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 14.03.2023 10:41

İstifadəçinin gözləri qarşısında televizoru göstərən eynək

Honor şirkəti Çində Movie Glasses adlı eynəyini təqdim edib. Sözügedən eynək xarici görünüşcə adi eynəyə bənzəsə də, o, istifadəçinin öz gözləri qarşısında böyük ölçülü televizoru görməyə imkan verir. Beləliklə, Honor Movie Glasses eynəyi hər biri 1920x1080 piksel keyfiyyətində olan 2 ədəd micro-OLED ekran ilə təchiz olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 500 nit təşkil edir. Bununla yanaşı onlar 60 Hz-lik təsvir yenilənməsinə sahibdirlər. Honor Movie Glasses-dən istifadə edən şəxs öz gözləri qarşısında 201 düym-lük ekrana sahib televizorun ekvivalentini görür. Qeyd etmək lazımdır ki, sözügedən eynək yalnız USB Type-C naqili vasitəsilə hər hansısa cihaza qoşulu olduğu halda çalışa bilir.
Buna misal olaraq smartfonları, planşetləri və kompüterləri gətirmək olar. Faktiki olaraq Honor Movie Glasses qoşulu olduğu köməkçi cihazda əks olunan kontentin birbaşa eynəyin ekranlarına ötürülməsini təmin edir. Honor Movie Glasses həmçinin TÜV Rheinland sertifikatına sahibdir. Bu isə o deməkdir ki, o, istifadəçi gözləri üçün təhlükəsizdir. Eynəyin  kənar hissələrində səsgücləndiricilər yerləşdirilib. Həmin səsgücləndiricilər 360 dərəcəlik səslənmə effektini təmin edirlər. Onu da qeyd etmək lazımdır ki, Movie Glasses-i hətta telefon danşıqları zamanı da istifadə etmək olar. Bunun üçün eynək mikrofonlar ilə təchiz olunub. Hal hazırda Honor Movie Glasses yalnız Çin bazarında satışa çıxıb və 360$-a satılır. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.