KepezTV Player
Humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 89 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bu gün də Şuşadan keçən Xankəndi-Laçın yolundan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə hər dəfə şərait yaradılıb.
- Baxış: 270