• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 09.03.2023 12:08

Əl və dırnaqların baxım qaydaları

KepezTV Player

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Onlar, ataların da dediyi kimi "Gözəllik ondur, doqquzu dondur", - deyib  dəbin və gözəllik mərkəzlərinin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. 

Gözəllik hər kəsə görə dəyişən nisbi bir anlayışdır. Baxımlı qadın olmaq düşündüyümüzün əksinə uzun sürən, həddindən artıq zəhmətli bir iş deyil. Yalnız kiçik toxunuşlar belə özünüzdə böyük fərq yaratmaq  üçün kifayətdir. Gözəl görünmək üçün üz və bədənlə bərabər əllərin və dırnaqların da baxımlı, sağlam olması lazımdır. Kənardan baxıldıqda ilk olaraq əllər və ümumiyyətlə dırnaqlar ortaya çıxır. Yaxşı olar ki, əllər yumşaq və hamar, dırnaqlar isə təmiz və manikürlü olsun. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Amma bəzən düzgün seçmədiyimiz dırnaq ustalarına ya da evdə özümüzün etdiyimiz manikürə görə dırnaqlarımız zədələnir, hətta bəzi xətsəliklərin yaranmasına səbəb olur.

Bəzi boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə yenisi ilə əvəzlənir. Gel boyaların zərəri tək sədəfin tərkibinin itməsi ilə bitmir. Dırnağın diblərinin zədə görməsi hər hansı bir infeksiyaya, hətta dırnağın deformasiyasına səbəb olur. Mütəxəssislər deyir ki, dırnağı aparatda qurudarkən günəş kremi və ya digər qoruyucu kremlərdən istifadə olunsun. Manikur prosesindən sonra, dırnaqlar ən az 3 ay müddətində dincəlməlidir. Bəli, gözəllik qurban tələb edir, deyirik. Bəs bu qurban sağlamlığımızı məhv etməyə dəyirmi?

Lalə Sadıqova