KepezTV Player
Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib. Dövlət başçısı iki ölkə arasında hazırkı əməkdaşlığın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək, Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxunub, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirib. Birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığı qeyd olunub. Azərbaycan Prezidenti ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini də vurğulayıb.
- Baxış: 285