• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 06.03.2023 20:33

Şəhid olan hərbçi Eşqin Hüseynov dəfn edilib

KepezTV Player

Təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun digər hərbi qulluqçusu Eşqin Hüseynov doğulub boya-başa çatdığı Tovuz rayonunun Hunanlar kəndində torpağa tapşırılıb. Eşqin Vətən Müharibəsindən sonra hərbi xidmətini müddətdən artıq qulluqçu kimi davam etdirib. Arzusu hərbi xidmətində fərqlənib, bu sahədə uğrlar əldə etmək olub.

22 yaşını yanvarda tamamlayan Eşqinin özü də adı kimi vətən eşqi ilə yaşayan gənclərimizdən olub. Vətən müharibəsində torpaqlarımızın azad edilməsində iştirak edən Eşqin Hüseynov ailədə iki qardaş, bir bacı olublar. Qardaşlar ikisi də hərbi sahəni seçiblər. Ataları Qarabağ müharibəsində iştirakçı, əmisi isə şəhid olub.

Şəhid Eşqin Hüseynovu rayonda, kənddə hər kəs vətənpərvər biri kimi tanıyıb. Qarabağdakı qələbədən sonra Eşqinin üzündə həmişə sevinc hissləri sezilib, qürurlu olub.

 Şəhid Eşqin Hüseynovla vida mərasimi doğulub boya-başa çatdığı evdə keçirilib. Vətən oğlu Hunanlar kənd qəbirstanlığında dəfn edilib. Üçrəngli bayrağımız şəhidin atası Cəmil Hüseynova təqdim olunub. Hərbi orkestr dövlət himnimizi səsləndirib və yaylım atəşi açılıb.  

Azad Mustafayev