• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 04.03.2023 20:03

Hipermarketə silahlı hücumla bağlı cinayət işi açılıb

KepezTV Player

Bu gün saat 12 radələrində Bakıda Xətai rayonunda fəalliyyət göstərən “BRAVO” hipermarketində silahlı insident baş verib.2 nəfər ticarət mərkəzindəki pos-terminalların qarşısındakı şəxslərə atəş açıb.Hadisəni törədən şəxslər qaçmağa müvəffəq olublar. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd edilib ki, olay zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb. Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub. “BRAVO” supermarketlər şəbəkəsindən Əhmədli metro stansiyası yaxınlığında yerləşən hipermarketin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Vətəndaşlardan rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunub.