• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1341
— 03.03.2023 16:20

“Kəpəz” Bakıya xal arxasınca gedir

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer liqasının 25-ci turu çərçivəsində “Kəpəz” səfərdə "Sabah"la üz-üzə gələcək. Sarı-göylər növbəti oyunda da uğurlu seriyanı davam etdirmək arzusundadır. Komanda Sumqayıtla qələbədən sonra 2 günlük istirahətin ardından həftəboyu güclü rəqibi ilə oyuna hazırlaşıb. Məşqçilər korpusu hazırlıqda əsasən taktiki-texniki çalışmalara diqqət yetiriblər. Heyətdə Georgi Kantariya zədə, Ahmed Ayzaya isə cəza səbəbindən "Sabah"la görüşdə gəncəlilərə kömək edə bilməyəcək. Buna baxmayaraq, ard-arda iki oyun qazanılan qələbələr sayəsində komandanın düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədir. Oyunçular səfərdən müsbət nəticə ilə qayıdacaqlarına inanırlar.