• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 03.03.2023 11:13

ChatGPT çat-botu robotları idarə etməyi öyrənib

Microsoft şirkətinin mühəndisləri süni zəka əsaslı ChatGPT çat-botuna yeni bacarıq öyrədiblər. Qeyd etmək lazımdır ki, sözügedən çat-bot istifadəçilər ilə ünsiyyət qura, internetdə məlumatlar axtara, müxtəlif növ mətnlər, kontentlər və hətta proqram təminatı kodu tərtib edə bilər. İndi isə ChatGPT pilotsuz uçuş aparatlarının və robotların operatoru rolunda çıxış etməyi öyrənib. Belə ki, Microsoft mütəxəssisləri çat-bota mətn formatında əmrlərdən istifadə edərək dronları və robotları idarə etməyi öyrədiblər.

Çat-bot təqdim edilmiş təlimatları başa düşmədiyi zaman mütəxəssislərə dəqiqləşdirici suallar verib. Dəqiqləşdirici suallara cavabların təqdim edilməsindən sonra çat-bot pilotsuz uçuş aparatlarının və robotların idarəsi üçün nəzərdə tutulmuş proqram təminatı kodunu yazıb. Çat-botun yeni bacarıqlarını yoxlamaq üçün mütəxəssislər ondan pilotsuz uçuş aparatının selfi foto çəkməsini istəyiblər. Bunun üçün çat-bot drona, güzgüyə yaxınlaşmaq və öz fotosunu çəkmək əmrini verib. İkinci təcrübə çərçivəsində isə çat-bot robotlaşdırılmış aparatdan istifadə edərək rəngli kublardan Microsoft-un loqosunu hazırlayıb.