• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 02.03.2023 10:50

“Apple” qandakı şəkər miqdarının ölçülməsi texnologiyasını hazırlayır

Bloomberg saytının verdiyi məlumata əsasən, “Apple şirkəti qanda şəkər miqdarının ölçülməsi texnologiyası üzərində çalışır və onu gələcək “Apple Watch modellərinə inteqrasiya edəcək. Bu cür texnologiyanın “Apple Watch”-a inteqrasiya edilməsi öz növbəsində dünyada şəkərli diabetdən əziyyət çəkənlərin məhz “Apple” məhsuluna üstünlük vermələrinə səbəb ola bilər. Məlumatda qeyd edilib ki, ABŞ-da hər 10-cu şəxs şəkərli diabetdən əziyyət çəkir. Lakin, həmin şəxslər qanda şəkər miqdarının ölçülməsi zamanı hələ də dərini deşərək qan nümunəsi üzərindən bu prosesi reallaşdıran cihazlardan istifadə etməli olurlar. “Apple” isə öz növbəsində bu proses çərçivəsində qan nümunəsinin götürülməməsi üsuluna üstünlük verir. Bu o demədkir ki, şirkətin hazırladığı yeni texnologiyada qandakı şəkər miqdarı məhz sensorlar vasitəsilə ölçüləcək. Məlumatda qeyd edilib ki, sözügedən texnologiya üzərində “Apple” şirkətinin “Exploratory Design Group adlı şöbəsinin yüzlərlə tərtibatçısı çalışır. Bu şöbə “Apple” şirkətinin ən gizli şöbələrindən biri hesab edilir. Son 10 ildə şirkət qandakı şəkər miqdarının ölçülməsi texnologiyasını yüzlərlə insan üzərində test edib. İnsayderlər bildiriblər ki, hal-hazırda bu texnologiya kosept mərhələsindədir. Mövcud olan məlumatlara əsasən şirkətin smart saatarında sözügedən proses üçün reallaşdırılacaq sensorların ölçülərini kiçiltmək lazımdır. “Apple” artıq bu layihəyə yüzlərlə milyon dollar vəsait xərcləyib və böyük ehtimal ilə nəticədə bu mövzu ilə bağlı uğura imza atacaq.