• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 28.02.2023 11:00

Cənubi Koreya 6G-ni istifadəyə verməyi planlaşdırır

Cənubi Koreya hökuməti artıq 2028-ci ildə ölkədə 6G mobil şəbəkəsini istifadəyə verməyi planlaşdırır. Bu barədə məlumatı ölkənin Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi təqdim edib. Verilmiş məlumata əsasən K-Network 2030 adlı plan çərçivəsində Cənubi Koreya hökuməti 6G mobil şəbəkəsini əvvəlcədən planlaşdırıldığından 2 il daha tez istifadəyə verməyi planlaşdırır. Bununla yanaşı hökumət bu məsələdə yerli şirkətləri həvəsləndirəcək və 6G texnologiyaları üçün nəzərdə tutulmuş materialları və təchizatları istehsal edəcək.

Gözləntilərə əsasən istifadəyə veriləcək 6G şəbəkəsi çərçivəsində istənilən mobil cihaz ilə uyğunlaşa bilən Open RAN texnologiyasından istifadə ediləcək. Nazirlik bildirib ki, əsas 6G texnologiyalarının tədqiqatları layihəsinin həm texniki, həm də iqtisadi tərəfdən əsaslandırılması aparılır. Məlumatda qeyd edilib ki, reallaşdırılacaq tədqiqat ümumilikdə 481.7 milyon dollara başa gələcək. 6G şəbəkəsinin mümkün qədər tez istifadəyə verilməsinin əsas səbəblərindən biri də Cənubi Koreyanın bu məsələdə lider olaraq qalmaq istəməsindədir. Məlumata əsasən 5G texnologiyasının hazırlanmasına əsas rəhbərlik etmiş tərəf məhz Cənubi Koreya olub. Belə ki, bu mövzuda müvafiq patentlərin çoxuna məhz o sahib olub.