• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 27.02.2023 10:50

İmtahan stressinin idarə olunması

KepezTV Player

Gündəlik həyatımızda stress yaradan bir çox situasiya ilə qarşılaşırıq. Stress əsasən bizdə əsəb, həyəcan və ya narahatlıq hissi yaradan hər bir hadisədən yarana bilər. Bu daha çox istər ali təhsil müəssisələrinə qəbul, istərsə də il boyu davam edən test və başqa imtahanlar zamanı baş verir ki, nəticə də şagird və abituriyentlərin yaşadığı həyəcan və narahatlıq artıq təkcə onların deyil, cəmiyyətin də probleminə çevrilir.  Psixoloqlar imtahan stressini  öyrənilən biliklərin səmərəli istifadəsinə mane olan və müvəffəqiyyətin azalmasına səbəb olan hiss kimi göstərirlər .

Bunu qəbul etməliyik ki, imtahan həyəcanı nəinki bizdə hətda dünyada əksər tələbələrdə müşahidə edilir. Ən təcübəli adamlar belə ondan azad ola bilmirlər. Bir araşdırmaya əsasən tələbələrin 96 faizi imtahan zamanı həyəcan keçirdiyini etiraf edirlər. Bu həyəcan üçün ən yaxşı tədbir onun normal hal olduğunu qəbul edib axarına buraxmaqdır. Ancaq bəzən abituriyentlərdə yaranan həyacan və stressin səbəbi valideynləri olur. Çox vaxt  istəyirlər ki,övladaları onların dediyi, seçdiyi ixtisasa və yaxud peşəyə görə seçim etsinlər. Belə olan halda abituriyent həm imtahanı , həm də valideyninin ona qarşı münasibətini  düşənməklə daha çox stres yaşayır.

Valideynlər heç bir halda övladlarını qohumla,qonşu ilə müqayisə etməsinlər. Çünki hər bir insan ayrılıqda bir fərddir. Bu müqayisələr olmasa abituriyentin özünə inamı daha da artacaq.

 

                                        Lalə Bağırova