• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 24.02.2023 14:17

Qərbi Azərbaycan

KepezTV Player

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Şairin də vurğuladığı kimi, biz hər şeyi bölə bilərik, bir tək torpaqlarımızdan başqa.
Qədim Oğuz yurdu olan, Azərbaycanın qərb hissəsini əhatə edən Qərbi Azərbaycan, xalqımızın qədim yurd yerlərindən biridir. Bura bizim tarixi torpağımızdır, bunu bir çox sənədlərdə, tarixi xəritələrdə görə bilərik. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında həmvətənlərimiz öz doğma torpaqlarından məhrum edilib. Bu torpaqların bir hissəsi isə Göyçə gölünün sahili boyu geniş ərazini əhatə edən Göyçə mahalıdır. Bura Rusiyaya birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda bu torpaqlar tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. Daha sonra xain düşmənlərimizin torpaqlarımıza göz dikməsi nəticəsində, öz yurdlarından məcburi şəkildə köç edən həmvətənlərimiz bu gün belə vətən həsrəti ilə yaşayırlar.
Qərbi Azərbaycan torpaqları, bənzərsiz gözəlliyi və ecazkar təbiəti ilə sakinlərini özünə heyran edib, insanların dilində nəğməyə, şeirə çevrilib. Bu yurd hər qarışında Azərbaycan türkünün qan yaddaşının və mədəniyyətinin izi olduğu yurddur. Amma mənfur düşmən bu gözəllikləri, tarixi abidələri, tikililəri məhv etməyə çalışıb, ya da mənimsəmək istəyiblər.
Nə qədər bizim torpaqlarımızdan izlərimizi silməyə çalışsalar da, mədəniyyətimizi, milli və mənəvi dəyər göstəricimiz olan abidələrimizi yox etmək istəsələr belə, o yurdun hər qarışında bizim izlərimiz var. Xalqımızın tarixi  izləri silinməzdir, əbədidir!