• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 23.02.2023 11:04

Pilotsuz uçuş aparatının ilk uçuş testi sərnişinlərin iştirakı ilə keçirildi

Çinin EHang şirkəti özünün EH216 adlı pilotsuz aerotaksi aparatının Yaponiyada sərnişinlərin iştirakı ilə ilk uçuş testini reallaşdırdığını elan edib. İki nəfər sərnişin üçün nəzərdə tutulmuş EH216 uçuş aparatı test uçuşu çərçivəsində 30 metr hündürlükdə iki nəfər sərnişini daşıyıb. Sərnişinlərin iştirakı ilə reallaşdrıılmış ilk test uçuşu 3.5 dəqiqə çəkib. Uçuş zamanı sərnişinlər dəniz mənzərəsini seyr ediblər. Yaponiyada EHang şirkətinin maraqlarını xüsusi yaradılmış MASC adlı konsorsium təmsil edir. Yaponiyanın kütləvi informasiya vasitələrində EHang şirkətinin aerotaksi aparatlarının uçuşları barəsində məlumatlar verilən zaman bu layihənin Çindən olduğu məlumatı qeyd edilmir.

Lakin buna baxmayaraq, sözügedən şirkət dünyanın şaquli qalxış və eniş sisteminə sahib tam elektrikli pilotsuz uçuş aparatının kütləvi istehsalını işə sala bilmiş ilk şirkətidir. EH216 adlı uçuş aparatları daha öncə on minlərlə test uçuşu reallaşdırıblar. İndi isə şirkət sərnişinlərin iştirakı ilə baş tutan test uçuşlarına start verib. EHang-ın qərbdən olan rəqibləri bu cür nailiyyətlərə sahib deyillər. Onu da qeyd etmək lazımdır ki, şirkətin uçuş aparatları parkında onlarla EH216 mövcuddur. Bu isə rəqib şirkətlərin sahib olduqları aparatların ümumi sayından daha çoxdur. EH216 iki nəfər sərnişinin və ya 260 kq ağırlığında yükün daşınması üçün nəzərdə tutulub. Uçuş prosesi 20 dəqiqə ərzində saatda 130 km sürətlə baş tutur. Bu isə təqribi olaraq 35 km məsafə qət etmək deməkdir.