Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat və Hərbi Hava Qüvvələri hərbi hissələrini ziyarət ediblər. Əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər. Sonra nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək silahlanmada olan hərbi texnika ilə tanış olub.
- Baxış: 254