Ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan 100 nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib. Bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib. Mütəmadi olaraq könüllülər zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını işini icra edib, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb və digər dəstəkverici xidmətləri göstəriblər. Könüllülər həmçinin onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər.
- Baxış: 400