Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan Ucar rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Ağası Cavadovun saxlanılması istiqamətində əməliyyat tədbiri qurulub. Sifariş etdiyi narkotik vasitəni əldə etdikdən sonra sərnişin qismində taksilərin birinə əyləşən A.Cavadov daha sonra onların arxasınca polis əməkdaşlarının gəldiyini görüb və hərəkətdə olan nəqliyyat vasitəsinin arxa sağ şüşəsindən həmin narkotik vasitələri yolun kənarına atıb. Lakin polis əməkdaşları taksini saxlayaraq sonuncunun qaçmasının qarşısını alıblar. Bundan sonra isə yol kənarına atılan sellofan torba həmin ərazidən götürülüb və içərisindən təmiz çəkisi 1 kiloqram 240 qram heroin aşkarlanıb. Cinayət işi əsasında Ağası Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 454