• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 18.02.2023 16:54

Prezident "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə də görüşüb. İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı bu xüsusda ölkəmizin aparıcı şirkətlərdən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfə verdiyini qeyd edib.