• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 18.02.2023 16:53

Prezidentin İraq Kürdüstan Regionunun başçısı ilə görüşü olub

KepezTV Player

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub. Neçirvan Bərzani əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani diqqətə çatdırıb ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər. Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini bildirib. 
İqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. Dəvət qəbul olunub.