• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 18.02.2023 14:00

Laçın-Xankəndi yolundakı aksiya 69 gündür davam edir

KepezTV Player

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Ötən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq 69-cu günüdür. Etiraz aksiyasına baxmayaraq yol humanitar məqsədlər üçün açıqdır. Ərazidən Rusiya sülhməramlılarının 25, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 6 avtomobilin maneəsiz şəkildə hərəkətinə şərait yaradılıb.