• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 17.02.2023 11:54

Bir neçə bölgədə yenə zəlzələ olub

Bu arada bu gün Bakı vaxtı ilə saat 03:11-dən 04:49-dək Türkiyənin Malatya, Elazığ və Kahramanmaraş şəhərlərində zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, maqnitudası 4-4.8 diapazonunda dəyişən zəlzələlərin ən güclüsü Elazığın Karakoçan rayonunda baş verib. Türkiyənin Hatay şəhərinin Arsuz rayonundan 5,64 km məsafədə Aralıq dənizində isə 5,1 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 9,26 km dərinlikdə yerləşib. Təbiət hadisəsi Bakı vaxtı ilə 23:47-də qeydə alınıb. Mətbuatda yayılan məlumata görə, zəlzələ nəticəsində öncəki güclü yeraltı təkanlardan zərər çəkmiş bir neçə bina çöküb. Təbiət hadisəsi Türkiyə ilə yanaşı Suriya və Livanda da hiss edilib.