• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2147
— 16.02.2023 11:31

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri ölkəmizə gətirilib

KepezTV Player

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib. Cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıb. Hümam İsmayıllı və Gündüz Nəzərzadə Sumqayıtda dəfn olunacaq ki, bir qədər öncə Gündüz Nəzərzadə Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb. Dünyasını dəyişən tələbələrdən Şahin Vəliyev isə Gəncədəndir. Şahin Vəliyevin cənasəsi Gəncədə yaşadığı Cavad Xan qəsəbəsinə gətirilib. Onunla yaşadığı evdə vida mərasimi keçirilir. Mərasimdə mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirlər. 22 yaşlı tələbə Şəhidlər Xiyabanında dəfn ediləcək. Gədəbəyin İnəkboğan kəndindən olan Samir Quliyevlə vida mərasimi də yaşadığı evdə keçirilir. Mərhum kənd qəbiristanlığında dəfn ediləcək. Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib. Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb. Türkiyədə indiyə qədər zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 10 nəfərdir. Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.