• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 15.02.2023 20:28

Türkiyəyə növbəti yardım göndərilib

KepezTV Player

Bu gün Gəncədən Türkiyəyə zəlzələdən zərərçəkmiş insanlar üçün 3 TIR tipli yük maşını ilə növbəti yardım karvanı yola salınıb. Yardım kampaniyasına Füzuli, Ağsu, Şəmkir və Gəncə şəhəri qatılıb. Türkiyəyə beşinci karvanla əsasən generator, isidici, yorğan, çarpayı, geyim, ərzaq və tibbi ləvazimatlar göndərilib. 26 tona yaxın yardım şəhər və rayon icra hakimiyyətlərinin və sakinlərinin təşəbbüsü ilə toplanıb. Ötən həftənin son günlərində Gəncədəki yardım toplama mərkəzindən ümumilikdə 36 tır humanitar yardım göndərilib.