• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 15.02.2023 12:14

Niyə sağlamlığımızı görünüşümüzə qurban veririk?

KepezTV Player

Elə insanlar var ki, onlar məhz gözəl və fit görünmək naminə əllərindən gələni edirlər. Bunlar arasında sağlamlığını heçə sayaraq addımlamağa davam edənlər də var. Bu süjetimizi isə məhz onlara həsr edəcəyik. Bəs, qəbul edilən müəyyən preparatlar nə dərəcədə düzgündür?

Dünyada artıq sözün əsl mənasında trend halına çevrilən “cavanlaşma prosedurlarına” pəhriz də aiddir. İnsanların  dəblə ayaqlaşmaq və ağıllarda yaranan fit görünüşə sahib olmaq üçün etmədikləri heç nə qalmır. Çox hallarda isə mükəmməl görünüşü bir qidada və ən əsası bir çayda görürlər. Detoks çayları adlanan bu çaylar həqiqətənmi bizi ideal görünüşə çatdırır? 

Dieta edənlərlə yanaşı kosmetoloji prosedur edənlərin də sayı az deyil. Bəzən düzgün bilib, hərəkət etdiyimiz müəyyən prosedurların axırı təəssüf ki, müsbət nəticə ilə bitmir. Bəs kosmetoloji proseslərdə insanlar istədiyi nəticəni əldə edə bilirmi? Suala cavab tapmaq üçün bu prosedurlardan istifadə edən müsahibimzin yanına yollandıq.

Müsahibimizin dediklərinə əsaslanaraq deyə bilərik ki, dəri cavanlaşdırma və dəridəki sallanmaların müalicəsində xüsusi inkişaf etdirilmiş qızıl iplər istifadə edilir və xeyirini görənlər də var. Təbii ki, insanların fikir müxtəlifliyi boldur, əsas odur ki, sağlamlığımıza ziyan yetirməyək.

Aldanma insanın gözəlliyinə,

Gözəllik insanın daxilindədir.

Xarici olsa da parlaq bir günəş

Daxili bəlkə də zülmət gecədir.

İnsanların xaric görünüşə önəm verməsinə baxmayaraq, gəlin biz daxildəki gözəliyə fikir verək.                                 

Tellan Zeynalova