• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 15.02.2023 12:15

Tələbələrin cənazələri sabah Vətənə gətiriləcək

KepezTV Player

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb. Dünən Malatyada dağıntılar altından ölü tapılan azərbaycanlı tələbələr də daxil olmaqla dünyasını dəyişənlərin cənazələri sabah ölkəyə gətiriləcək. Dünyasını dəyişən tələbələrdən Samir Quliyev Gədəbəyin İnəkboğan kəndindən, 22 yaşlı Şahin Vəliyev isə Gəncə şəhərindəndir. Dəfn mərasimlərinin sabah keçirilməsi planlaşdırılır.