• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 14.02.2023 11:40

Beynəlxalq Kitab Bağışlama günü

KepezTV Player

14 Fevral olduqca maraqlı bir gün- Kitab bağışlama günüdür. Bu tarix təqvimdə ən gənc bayramlardandır və kitab bağışlayan, kitaba xüsusi sevgisi olan bütün insanları birləşdirir.   Bu günün meydana gəlməsi ABŞ-da məşhur "Delightful Book Childrens Book" uşaq kitabı saytının yaradıcısı Emmi Brodmura aiddir.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunur. Hər il minlərlə kitablar dünyanın bütün istiqamətlərinə yola salınır. Müasir dövrdə texnologiyanın rolunun artmasına baxmayaraq kitab oxumaq və kitab bağışlamaq ənənəsi heç vaxt dəyişmir. Qeyd edək ki, alimlərin araşdırmalarına görə dünyada 130 milyondan çox kitab var.

Kitab bağışlama günü gənc nəsildə kitaba sevgi hissi yaradır, mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Uşaqlara kitab sevgisini hələ lap uşaq yaşlarından aşılamaq lazımdır. Övladlarınızı kitab muzeyinə, yaxud kitabxanaya apararaq, kitaba həvəslərini artıra bilərsiniz. Əgər kitab oxumağı zərurət, gündəlik məşğuliyyət halına çevirsək əlbəttə ki, övladımıza təsirsiz ötüşməyəcək. Uğurlu, parlaq bir gələcək üçün elə bu gün birgə kitab oxumağa başlayaq.

Əbu Turxan deyir ki: “Az pulla sərvət əldə etmək istəyirsənsə, kitab al. Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə xəzinələrə açardır”.