• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1949
— 15.02.2023 11:11

Süni zəka əsaslı çat-bot həkim lisenziyası imtahanından uğurla keçməyə yaxın olub

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu ABŞ-da həkim lisenziyasının əldə edilməsi üçün nəzərdə tutulmuş imtahandan demək olar uğurla keçib. Həkimliyə namizəd olan real insan üçün bu imtahan olduqca qəliz sınaq mərhələsidir. Lakin süni zəka əsaslı çat-bot tibb sahəsində heç bir hazırlıqdan keçmədən və yalnız internetdə mövcud olan məlumatlar əsasında sözügedən imtahandan uğurla keçməyə yaxın olub. Hər halda insanların müalicə prosesində bu çat-botdan istifadəyə heç kim tələsmir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə ChatGPT dünyanın ən nüfuzlu biznes məktəblərindən birində imtahandan uğurla keçmişdi.

US Medical Licensing Exam (USMLE) imtahanını vermə cəhdi isə sözügedən çat-botun növbəti nailiyyəti olub. USMLE imtahanından keçməyi planlaşdıran real şəxs 300-400 saatlıq hazırlıq prosesindən keçməlidir. ChatGPT-nin ardıcıl şəkildə öyrənmə və müvafiq mövzu üzrə USMLE suallarına cavab verə bilmək bacarıqları ona ümid verirlər ki, gələcəkdə süni zəka sistemləri ya tibbi konsultasiya verə biləcək ya da diaqnozların daha dəqiq şəkildə təyin olunması üzrə real həkimlərin köməkçilərinə çevriləcəklər. Çat-botun USMLE imtahanından keçmə tədqiqatını Ansible Health adlı startap aparıb.

İmtahandan öncə təyin edilib ki, USMLE suallarına birbaşa cavablar internetdə mövcud deyil. Bu səbəbdən də ChatGPT sualları əhatə etmiş mövzular barəsində olmuş məlumatlar əsasında yeni cavablar tərtib edib. Qeyd etmək lazımdır ki, USMLE 3 imtahan mərhələsindən ibarətdir. İmtahandan keçid balını əldə etmək üçün minimum bütün suallara 60% aralığında düzgün cavab vermək lazımdır. ChatGPT isə hər 3 imtahan mərhələsində 52.4%-dən 75%-ə kimi nəticə sərgiləyib. Bununla belə çat-botun tərtib etmiş olduğu cavabların 88.9%-də o, minimum bir ədəd tutarlı cavabı təqdim edib.