• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2091
— 14.02.2023 16:43

Könüllü həkimlər 300-dən artıq xəstəyə baxıb

KepezTV Player

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri Kahramanmaraş şəhərində fəaliyyətə başlayıblar. Assosiasiya üzvləri Türkiyədə təbii fəlakət baş verdiyi ilk gündən Fövqəlafə Hallar Nazirliyinə müraciət ediblər. Nazirlik müraciəti qəbul edib və artıq 4 gündür Kahramanmaraşda FHN-in tərkibində həkimlər fəaliyyət göstərirlər. Mobil səhra hospitalında 15 nəfərlik heyətlə çalışır. Burada cərrah, ümumi cərrah, uşaq cərrahı, travmatoloq, reanimatoloq fəaliyyət göstərir. İndiyə qədər hospitala 300-dən artıq xəstə müraciət edib.