• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 14.02.2023 16:35

Azərbaycan beynəlxalq yardım çağırışını gözləmədən hərəkətə keçdi

KepezTV Player

Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin göstərişi ilə hərəkətə keçib. Bunu, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mətbuat konfransında deyib.
Səfir bildirib ki, zəlzələ baş verəndən heç 6 saat keçməmiş artıq FHN-in axtarış-xilasetmə qrupu Türkiyəyə yola düşüb. Eyni gün içərisində ümumilikdə 3 təyyarədə 400-dən çox heyət Türkiyəyə göndərilib.
Cahit Bağcı - 
Türkiyənin Azərbaycandakı səfiri
: "Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür. Kimin nəyi varsa, onu apararaq yardım toplamağa köməklik edir”.