• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2146
— 13.02.2023 16:09

Zəlzələdən əziyyət çəkənlərə yardım göndərilib

KepezTV Player

Gədəbəy Rayon İcra Hakimiyyəti də Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərib. Bu çətin günlərdə Türkiyə xalqının yanında olduğunu nümayiş etdirən gədəbəylilər tərəfindən isti geyimlər, dərman preparatları və ərzaq məhsulları tədarük edilərək yük maşınına yığılıb. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq sağlamlıq və qidalanma üçün ilkin ləvazimatlar qonşu Türkiyəyə göndərilib.