• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 13.02.2023 12:23

Daşkəsən ictimaiyyətindən Türkiyəyə yardım

KepezTV Player

Türkiyədə baş verən zəlzələdə çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Daşkəsən ictimaiyyəti də dəstək nümayiş etdirir. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Türkiyənin Gəncədəki baş konsulluğunda olaraq faciə ilə əlaqədar xatirə kitabına ürək sözlərini yazıb. Baş konsul Recep Öztopa başsağlığı verən icra başçısı rayon ictimaiyyəti tərəfindən qardaş Türkiyədə təbii fəlakətdən zərər çəkən şəxslərə humanitar yardım toplanıldığını diqqətə çatdırılıb. Ölkə üzrə davam edən bu cür humanitar aksiyaların zəlzələdən əziyyət çəkən bölgələrdəki insanlar üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Baş konsul Azərbaycan vətəndaşları kimi, Daşkəsən sakinlərinin də göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.