• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 13.02.2023 12:26

Cənubi Azərbaycan oyanışı

KepezTV Player

Vətənimizin uzun və keçmişə dayanan qədim tarixindən hər birimizin xəbəri var. Azərbaycanın  Arazın o tayında da, bu tayında da siliməyən tarixi izlər var. Bu günə kimi qorunub-saxlanan bu mədəniyyəti, bundan sonra da qorumaq bizim borcumuzdur.

Cənubi Azərbaycanda baş verən inqilabdan sonrakı illərdə incəsənət və mədəniyyət çətin vəziyyətdə idi, hakimiyyətin diqqəti bu sahələrə ən aşağı səviyyəyə çatır. Bu, xüsusilə, mədəni və siyasi repressiyalarda, ən əsası da “Molla rejimi” dövründə mədəniyyət məkanları dağıdıldı, Azərbaycan dili və sənət nümayişi üçün ciddi qadağalar qoyuldu. Onun təsirlərini indi də aydın formada görə bilirik. Ancaq həmin bölgələrdə yaşayan nümayəndələrimiz bu mədəniyyəti qoruyub-saxlayıb və təbliğ etməyə çalışırlar. 

Respublikamıza məxsus abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Unutmayaq ki, abidələr xalqın daş yaddaşıdır.

Lalə Bağırova