• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 11.02.2023 20:14

XİN başçısından Türkiyəyə dəstək mesajı

KepezTV Player

Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var. Bunu Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfrasında deyib. Kahramanmaraşda dağıntılar olan ərazilərə gedib zərərçəkənlərlə görüşən nazir Azərbaycanının yaralıları qəbul etməyə hazır olduğunu bildirib.
"Bu imtahandan qüdrətli türk dövləti, türk milləti alnıaçıq, üzüağ çıxacaq. Qardaş ölkə olaraq, biz ilk dəqiqədən Türkiyənin yanındayıq. Nə qədər ehtiyac olacaqsa, nə qədər zərurət yaranacaqsa, biz Türkiyənin yanında olacağıq” - bunu Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirilən mətbuat konfrasında deyib. Nazir Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın bütün bölgə xəstəxanalarında xüsusi çarpayılar ayrıldığını və ehtiyac olan qədər Türkiyədən xəstələri qəbul etməyə hazır olduğumuzu qeyd edib.
Türkiyənin XİN başçısı isə gözlənildiyi kimi ölkəsinə ilk yardımın Azərbaycan gəldiyini və hazırda 900 nəfərlik bir heyətin xilasetmə işlərinə cəlb olduğunu qeyd edib. Həmkarı Ceyhun Bayramovla Kahramanmaraşda xilasetmə işləri aparan FHN əməkdaşları ilə görüşdüklərini xatırladan Çavuşoğlu azərbaycanlı xilasedicilərin fəaliyyətini yüksək qiymətləndirib.
Çavuşoğlu , "Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəldiyini, zəlzələ bölgəsində Səhra xəstəxanasının qurulduğunu və vətəndaşlara təcili tibbi yardım xidmətləri göstərdiklərini xüsusuilə qeyd edib.
Ceyhun Bayramov həmçinin dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, zəlzələ bölgəsinin bərpasında Azərbaycanın Türkiyənin yanında olacağını bir daha xatırladıb.