Daun Sindromu Doktor John Lanqdon Daunun adı ilə adlandırılıb və zəka geriliyi ilə bağlıdır. Genetik adlandırılan bu sindrom xromosom tamlığının pozulması ilə əlaqəlidir. Bu, uşağın fiziki və zehni inkişafının pozğunluqlarına gətirib çıxarır. Pediatr həkim körpələrdə qeyd olunanlara diqqət yetirməli və əgər şimalı üzü varsa, qısa boyun, düzgün olmayan qulaq forması, göz kənarlarının yuxarıya doğru qalxması, əlinin ovuc hissəsində eninə qat , kifayət qədər əzələ tonusunun olmaması sindromun simptomları sayılır. Daunun doğuş zamanı da diaqnozu qoyula bilir. Statistik göstəricilərə görə 660 körpədən təxminən 1-i daun sindromlu doğula bilər.
Daun sindromlu uşaqlar xüsusi bir təlimlə normal fərd kimi cəmiyətə qatıla bilərlər. Məktəbəqədər yaşda xüsusi təşkil olunan məşğələlər uşağın həyatında daha böyük yer tutur. Hətta dünya ölkələrinə nəzər salsaq daun sindromlu körpələrin valideynlərinə dəstək olmaq və həmçinin onların övladlarının digərlərindən daha ağıllı,bacarıqlı olduğunu onlara çatdırmaq məqsədi ilə bir neçə filmlərin çəkildiyini görə bilərik.
Heç vaxt unutmayaq. Onlar sadəcə fərqlidir. Uşaqlarınızı sevin və dəyər verin. Hər şeyin yaxşı olcağına özünüzü inandırın.
Lalə Bağırova
- Baxış: 368