• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 07.02.2023 16:08

Avtoxuliqanlıq edən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Araşdırmalarla Elcan Cəfərovun özünə məxsus “VAZ” markalı avtomobillə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşdığı məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Bundan başqa, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan olunmasına baxmayaraq kosntruksiya dəyişikliyi edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələrinin istifadəsinə icazə verilib.