KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də "VAZ 21011" markalı avtomobillə Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada - 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu vurmaqda və onun ölümünə səbəb olmaqda şübhəli bilinən şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 423