• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 04.02.2023 12:20

Sürücülərin etirazı sərnişinləri yolda qoydu

KepezTV Player

Gəncədə 11 nömrəli avtobusun sürücüləri səhər saatlarından etibarən xəttə çıxmaqdan imtina ediblər. Buna səbəb dünəndən qüvvəyə minən qiymət artımıdır. Bu üzdən, mənzil başına çatmaq istəyən xeyli sayda sərnişin dayanacaqlarda qalıb. Sürücülər xəttə çıxmamasını belə izah edirlər...

Nə qədər qəribə olsa da avtobuslarda qiymət artımına sürücülər etiraz edir. Özü də Gəncədə, 11 nömrəli avtobusun sürücüləri. Xəttə çıxmayan sükün sahibləri bununla sərnişinlərin mənzil başına çatmasında çətinlik yaradıb. Normalda sürücülərin xeyrinə olan halın nədən etiraza səbəb olması sujetdə.
Gəncədə ən böyük hərəkət trayektoriyasına malikdir 11 nömrəli avtobus. Dubay bazarı adlanan ərazidən Məhsəti qəsəbəsi və əks istiqamətə 1 avtobusun gediş-dönüçü 1 saat vaxt aparır. Bu gün səhərdən avtobus sürücülərinin xəttə çixmaması isə marşurut boyu yaşayan və avtobusdan istifadə edənlərin işini çətinə salıb.
Sərnişinlərini yolda qoyan sürücülərin xəttə çıxmaqdan imtina etməsi qiymət artımı ilə əlaqədardır. Tarif şurasının dünəndən qüvvəyə minən qərarı gediş haqqna şamil edilsə də daşıyıcı şirkət də bundan istifadə edərək gündəlik plan haqqını artırıb.
Sürücülərin 87 manatlıq planının 27 manat artırılaraq 114 manata çatdırılmasına daşıyıcı şirkətdən də aydınlıq gətirilib. Narazılığa səbəb olan plan haqqı monitorinqlər aparıldıqdan sonra yenidən hesablanacaq.
Qiymət artımının səbəb olduğu gündəlik planın qaldırılması bu gün sərnişinləri yolda qoydu. Sabah isə sürücülərin daşıyıcı şirkətə gündəlik verəcəyi məbləğin nə qədər olacağı və etirazçılar tərəfindən qəbul edilib-edilməyəcəyi isə bilinmir.