• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 03.02.2023 20:02

Gəncə Futbol Akademiyası nə zaman hazır olacaq?

KepezTV Player

Gəncədə futbolun inkişafı istiqamətində son bir neçə ildə əməli addımlar atılır ki, akademiyanın tikintisi də bunların başındadır. Hazırda inşası davam edən obyektdə işlər nə yerdədi və tikinti nə vaxt başa çatacaq? Bunu, qarşıdakı materialda biləcəksiniz.
Gəncə Futbol Akademiyasının inşasına 2022-ci ilin əvvəlindən başlanıb. İki mərtəbədən və zirzəmidən ibarət olan akademiyada nəzərdə tutulan işlərin çoxu yerinə yetirilib. Binanın daxilində elektrik, montaj, suvaq, kafel və metlaq işləri yekunlaşmaq üzrədir. Hazırda fasad hissəsinə keramoqranit vurulur ki, onun da qısa zamanda tamamlanması planlaşdırılır. Tikintidə işlərin 80 faizi demək olar ki, görülüb.
Təbii ki, Gəncə Futbol Akademiyasının nə vaxt hazır olacağı tarix böyük maraqla gözlənilir. İş icraçısının sözlərinə görə, futbol məktəbinin yaxın vaxtda istifadəyə veriləcəyi planlaşdırılır.
Akademiyada trenajor, sauna, duş, geyinib-soyunma, hakim otaqları, çamaşırxana və anbar-zirzəmi də olacaq. 1-ci mərtəbədə iş, dərs və qonaq otaqları, konfrans zalı, eyni zamanda yeməkxana fəaliyyət göstərəcək. 2-ci mərtəbədə isə, həm əsas komandanın futbolçuları, həm də akademiyada futbolunun sirrlərinə yiyələnəcək uşaq və yeniyetmələrin qalması üçün yataq otaqları nəzərdə tutulub.